!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanov üçün əlamətdar gün

!Reklam – Yazi

Bu gün Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar gündür.

Yenicag.az xəbər verir ki, təcrübəli mütəxəssisin 46 yaşı tamam olur.

1972-ci ilin bu günündə Zaqatalanın Aşağı Tala kəndində anadan olan Qurbanov 33 yaşında ikən  futbolçu karyerasını başa vurub. 2006-cı ildə Bakı “İnter”inin idman direktoru vəzifəsini icra edib.  2006-2008-ci illərdə də “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub.

2008-ci ildən indiyə kimi “Qarabağ”ın “sükanı arxası”nda olan Qurban Qurbanov Ağdam klubu ilə tarixi uğurlara imza atıb.

O, 2009-ci ildə “atlılar”la ilk titulunu – ölkə kubokunu qazanıb.

Qarabağ”ı ardıcıl üç dəfə – 2014/15, 2015/16, 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsinə yüksəldən Qurban Qurbanovun komandası 2017/18 mövsümündə Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oynamağa haqq qazanıb.

11 illik məşqçilik karyerası ərzində qazandığı saysız-hesabsız uğurlarla diqqət mərkəzində olub. O, “Neftçi” ilə bir dəfə ölkə çempionatının gümüş medalını, “Qarabağ”la isə 3 dəfə ölkə kubokunu, 4 dəfə ölkə çempionluğunu, 1 dəfə gümüş medalları, 2 dəfə bürünc medalları qazanıb.

Qurban Qurbanovu ad günü münasibəti ilə təbrik edir, ona bundan sonrakı həyatında və karyerasında uğurlar arzulayırıq.

COP29

www.yenicag.az

2567
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv