Qurban Qurbanovdan növbəti rekord

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov növbəti rekorda imza atıb.

media-banner_tuq

Yenicag.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” ilə qarşılaşması “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ölkə çempionatlarında çalışdırıcı kimi 350-ci matçı olub.

Hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis 1:3 hesablı yenilgi ilə 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun yetirmələri Premyer Liqada 523 qol vurub, 244-ünü buraxıblar.

Məşqçiliyə 2006/2007-ci il mövsümündə başlayan mütəxəssis karyerasında yalnız iki kluba rəhbərlik edib. Q.Qurbanov ilk oyununu “Neftçi”də keçirib. O, paytaxt təmsilçisini 28, “Qarabağ”ı 322 çempionat matçına çıxarıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05