Qurban Qurbanovun Polşada mətbuat konfransının vaxtı açıqlandı

media-hightechnic-468x90

“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Rakuv”un qonağı olacaq. 

Yenicag.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ” iyulun 25-i saat 11:30-da Polşaya yollanacaq.

Qurban Qurbanovun iyulun 25-i yerli vaxt ilə 19:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransı başlayacaq. Media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə yerli vaxt ilə 20:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Miejski” stadionunda baş tutacaq.
Qeyd edək ki, “Rakuv” – “Qarabağ” matçı iyulun 26-da Bakı vaxtı ilə 22:15-də keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600