Qusar rayonunda zəhərlənmə hadisəsi baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə Aşağı Ləgər kəndində qeydə alınıb.
Belə ki, 2019-cu il təvəllüdlü Z.Səfərova, 2007-ci il təvəllüdlü S.Səfərova, 1966-cı il təvəllüdlü E. Primov, 2014-cü il təvəllüdlü Ə.Aydazadə və 2011-ci il təvəllüdlü İ. Eyubov toyda yedikləri qidadan zəhərləniblər.
Zərərçəkənlər yaxınları tərəfindən xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
www.yenicag.az