Ramana qəsəbəsindəki uşaq evində körpə ölümü: Uşaq evinin rəhbəri iddialara aydınlıq gətirdi - FOTO/VİDEO
Fevralın 14-də Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” Uşaq Evində baş verən ölüm hadisəsi ətrafında ziddiyyətli məqamlar ortaya çıxmaqdadır.
Yaşyarımlıq Ömür Zeynovun qəfildən vəfat etməsi ilə bağlı gah qızılca, gah da pnevmoniya iddiaları səsləndirilir. Sosial şəbəkələrdə isə körpənin səhhətinə səhlənkar yanaşıldığı, tibbi yardımın gecikdirildiyi və uşaq evində antisanitar şəraitin hökm sürdüyü barədə ciddi ittihamlar yayılıb.
Hadisənin təfərrüatlarını yerində öyrənmək üçün Yenicag.az olaraq sözügedən müəssisədə olduq. Uşaq evinin rəhbəri Aynurə Xudiyeva videomüsahibəsində bütün iddiaları təkzib etdi.
Uşaq evinin rəhbəri valideyn himayəsindən məhrum olan körpənin vəfat etdiyi an anasının da orada olduğunu bildirib. A.Xudiyeva ananın niyə susduğunu və hadisə barədə danışmaq istəməməsinin səbəblərini də açıqlayıb.
Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.













