Ramana və Sabunçu qəsəbələrini əlaqələndirən yeni 162 nömrəli qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.
BNA-dan Yenicag.az-a verilən məlumata görə, yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla qəbul edilib. Aparılan təhlillərlə Sabunçu dəmiryol stansiyası – Ramana qəsəbəsi (“Ramana” Yeni Yaşayış Massivi) adlanan ərazidə yaşayan sakinlərin dövlət müəssisələri, məktəb, bağça və digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin olduğu müəyyən edilib.
19.04.2021-ci il tarixindən istismara başlayacaq marşrut xəttinin təşkili sayəsində Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış kompleksinin, eləcə də Ramana qəsəbəsi 1-ci Sahə və Südçülük sovxozu adlanan ərazidə məskunlaşan vətəndaşların təhsil, tibb və digər ictimai iaşə obyektlərinə gediş-gəlişi əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Marşrut xətti üzrə gediş haqqı 0.30 azn müəyyən edilib.
www.yenicag.az