Ramazan ayının 11-ci gününün duası, imsak və iftar vaxtı

media-hightechnic-468x90

Sabah Ramazan ayının 11-ci günüdür.

Yenicag.az xəbər verir ki, sabah imsak saat 04:38, iftar isə saat 19:30-dadır.

İmsak duası:

“Allahummə həbbib iləyyə fihil-ehsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran biaunikə ya ğiyasəl-mustəğisin!”

Tərcüməsi:

“Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə хatir, ey kömək istəyənlərin dadına çatan!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600