Ramazanın 9-cu gününün DUASI – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 9-cu günüdür.

Yenicag.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 3-də Bakıda imsak saat 03:57, iftar isə saat 19:53-dədir.

Ramazan ayının 9-cu gününün duası:

“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.

Tərcüməsi:

“İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!”

Allah orucunuzu qəbul etsin!