Azərbaycanın daxili işlər naziri Ramil Usubov hazırda AzTV-də canlı efirdə Nardaranda baş verən proseslərdən danışır.
– Bizim dövlət və konstitusion quruluşumuzu dəyişməyə yönələn bu cür cinayətkar aktların qarşısı dövlət tərəfindən alınmalıdır,- deyə nazir bildirib. – Ona görə də Prezident hüquq-mühafizə orqanları qarşısında tələb qoydu ki, bu cinayətkar dəstənin zərərsizləşdirilməsi, onların Azərbaycan dövlətinin qanunlarına riayət etməsi haqqında ciddi tədbirlər görülsün.
İlk tədbir zamanı silahlı müqavimət olduğunu deyən nazir xatırladıb ki, Nardaranda dövlət qurumları ilə qarşıdurmalar əvvəlki illərdə də olub: `2005-ci ildə də bizim iki polisimizi Nardaranda qətlə yetirdilər`.
Bu günə qədər Nardaranda 23-cü dəfədir ki polislə qarşıdurmanın olduğunu bildirən Ramil Usubov qeyd edib ki, orada krimonogen durum getdikcə artır. Narkotik maddələrin qanunsuz dövriyyəsinin artması ilə bağlı da çoxlu faktlar var.
Nazir Nardaranda dünən və bu gün heç bir insidentin olmadığını deyib.
O, eyni zamanda, kənd əhalisinin silahları təhvil vermədiyini bildirib: `Vətəndaşlardan bir daha xahiş edirəm ki, əllərində olan silahı təhvil versinlər`.
www.yenicag.az