Ramin Bayramlının şirkəti qanunvericiliyi pozdu - Cərimələndi

media-hightechnic-468x90

Azərbaycanda fərdi məlumatlar haqqında qanunvericiliyi pozan şirkətə cərimə protokolu yazılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, “İnci laboratoriyaları” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 375.0.2-ci (Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Babək Pənahovun icraatına verilib. Məhkəmənin baxış iclasının aprelin 12-nə təyin edilib.

Bu xətaya görə, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, mətbuatda “İnci laboratoriyaları” MMC-nin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlıya məxsus olduğu qeyd edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600