Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ramiz Mehdiyevə biət edənlər YAP-dan və vəzifələrdən rədd edilməlidirlər” – Xeyrəddin Qoca

Reklam: Sinerji Pro

“Baxın, istər deputatların arasında, istərsə də vəzifəlilərin içində dövlətə deyil, Mehdiyevə xidmət edən nə qədər adam var”.

Yenicag.az xəbər verir ki, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasında (YAP) ciddi dəyişikliklərin zəruriliyi haqda danışan təşkilatın Siyasi Şurasının üzvü Xeyrəddin Qoca deyib.

Xeyrəddin Qocanın sözlərinə görə, həm YAP-ın rəhbər orqanlarındakı bəzi şəxslərin yolverilməz davranışlarının, həm də vəzifəli şəxslərin qanunsuz əməllərinin arxasında məhz Ramiz Mehdiyev dayanır:

“Bilirsiniz, bu məsələlərdə YAP-ın adının halllandırılması doğru olmazdı. Çünki bütün bu işlərin yönləndiricisi Ramiz Mehdiyevdir.
Lap açıq desək, həm YAP-ın rəhbər orqanlarındakı bəzi şəxslərin yolverilməz davranışlarının, həm də vəzifəli şəxslərin qanunsuz əməllərinin arxasında məhz Ramiz Mehdiyev dayanır.

Ona görə də, Ramiz Mehdiyevə biət edənlər YAP-dan və vəzifələrdən rədd edilməlidirlər. Baxın, istər deputatların arasında, istərsə də vəzifəlilərin içində dövlətə deyil, Mehdiyevə xidmət edən nə qədər adam var. Onların hamısı rədd edilməli, cəzaları verilməlidir. Bunun başqa yolu yoxdur”.

Aqil Bəkir

www.yenicag.az

762
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100