Ramiz Mehdiyevin qızı məhkəmədə uduzdu

media-hightechnic-468x90

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”nin müsadirəsinə dair şikayəti üzrə məhkəmə qərarı elan edilib.

Yenicag.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi onun şikayətini əsassız hesab edib.

Hakim Faiq Qəniyevin rəhbərlik etdiyi məhkəmə heyəti müəyyən edib ki, məktəbin inşası “Baku Steel Company”dən mənimsənilən vəsait hesabına həyata keçirilib. Buna görə də nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna sahib deyil.

Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası alıb.

Məhkəmənin qərarı ilə Rasim Məmmədova məxsus milyonlarla manat dəyərində əmlak, o cümlədən “Baku Oksford Məktəbi” müsadirə edilib. Kamilə Əliyeva isə məktəb binasının yarısında pay sahibi olduğunu iddia edir.

Qeyd edək ki, məktəb bir müddət əvvəl 18 milyon 527 min 250 manata hərraca çıxarılmışdı.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600