Azərbaycan Kinematoqrafçılar İttifaqı xəbərdarlıq edib ki, ittifaqın konfransında sədr seçilmiş Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək hər hansı çıxışlar olarsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq.
Rasim Balayev bununla bağlı Yenicag.az-a açıqlama verb.
O, son vaxtlar özünə qarşı qara piar aparıldığını təəssüf hissi ilə bildirib:
“Mən, əslində, heç sədr olmaq fikrində olmamışam. Çünki səhhətimdə müəyyən problemlər var, həm də istəmirdim. Lakin məndən xahiş etdilər, sözlərini yerə salmadım. Seçiblər, indi bəzi insanlar orada-burada danışır ki, Rasim bu işi bacarmayacaq, guya mən sədr seçildiyim üçün parçalanma var və sair. Niyə bacarmıram axı?! Mən sizi susuz aparıb, susuz gətirərəm. 23 il ittifaqın katibi vəzifəsini icra etmişəm, illərdir kino sahəsindəyəm”.
Cəvahir