Razi Nurullayevdən Siyavuş Novruzova: "Sözün varsa, kişi kimi üzümə de!"

media-hightechnic-468x90

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevlə həmkarı Siyavuş Novruzov arasında gərginlik yaşanıb. 

Yenicag.az xəbər verir ki, deputatlar arasında gərginliyə Siyavuş Novruzovun Milli Məclisin yaz sessiyasındakı çıxışı səbəb olub. Belə ki, deputat Siyavuş Novruzov çıxışında İmişli hadisələrindən danışarkən İmişli deputatı ilə danışdığını, hadisə yerinə heç bir vəzifəli şəxsin gəlmədiyini bildirib. O buna görə İmişlinin məsul şəxslərini sərt qınayıb.

Razi Nurullayev isə cavabında sosial şəbəkədə həmkarına müraciət ünvanlayaraq: “Zəngimi açmadın, ona görə burdan yazmalı oluram. Sözün varsa, kişi kimi üzümə de!” – deyə deputat həmkarına sərt cavab verib.

Məsələni diqqətdə saxlayacağıq.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600