Razi Nurullayevin seçiciləri tribunaları doldurdu - FOTOLAR

media-hightechnic-468x90

Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir.

Fəallığı ilə seçilən 79 saylı İmişli seçki dairəsindən namizəd Razi Nurullayev İmişli Olimpiya İdman Kompleksində seçicilərlə görüşüb.

Yenicag.az xəbər verir ki, tədbirə yüzlərlə rayon sakini qatılıb.

Razi Nurullayev çıxışında hər zamankı kimi diqqətləri vətəndaşın problemlərinə, sıxıntılarına çəkib. O, hər zamankı kimi bu problemləri sadalamaqla yanaşı, bu problemlərdən çıxış yollarından, bu istiqamətdə nələr edəcəyindən, etmək istədiyindən danışıb. Razi Nurullayev bildirib ki, vətəndaşlar, özəlliklə rayon, kənd sakinləri çox ağır güzəranda yaşayırlar və deputat kimi gələcək fəaliyyəti məhz bu problemlərin həllinə yönəldiləcək.

Razi Nurullayev ona qarşı təxribat hazırlayan rəqiblərinə də səslənərək, onları sivil mübarizəyə, xalqın qəzəbindən qorxmağa çağırıb.

Tədbirdə rayon sakinləri, ağsaqqalları, ədəbiyyat adamları, namizədin orta məktəb müəllimləri də çıxış ediblər.

Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600