!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Reaktiv mühərrik yanacaqları gömrük rüsumundan azad edildi

!Reklam – Yazi

Azərbaycana idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digərləri 2023-cü il dekabrın 31-dək 15 faizlik gömrük rüsumundan azad edilib.

Yenicag.az xəbər verir ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərarında dəişiklik edib.

Bundan başqa, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün 80 manat olan aksiz dərəcəsinə güzəşt tətbiq edilib və 2023-cü il dekabrın 31-dək 1 manat müəyyənləşdirilib. Bu qərar həmçinin reaktiv mühərriklər üçün digər yanacaq növlərinə də şamil edilib.

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv