“Real Madrid” Arda Gülerlə müqavilə imzladı

media-hightechnic-468x90

Türkiyəli futbolçu Arda Gülerin “Real Madrid” klubuna keçidi rəsmiləşib.

Yenicag.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkiyə millisinin üzvü tibbi müayinədən keçdikdən sonra altı illik müqaviləyə imza atıb. 18 yaşlı futbolçu Madrid təmsilçisinin heyətində 24 nömrəli formanı geyinəcək.

Məlumata görə, “Kral klubu” transfer üçün 20 milyon avro ödəyəcək. Əlavə olaraq 10 milyon avro bonus nəzərdə tutulub. Bundan başqa, “Fənərbağça” futbolçunun növbəti satışından 20 faiz pay alacaq.

Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Arda Güler 2019-cu ildən “Fənərbağça”da çıxış edirdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600