Ərdoğan xanımı ilə Bakıda – VİDEO

media-hightechnic-468x90

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlib.

Yenicag.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf edən səfəri çərçivəsində Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu xəttinin açılış mərasiminə qatılacaq.

Məlumata görə, BTQ-nin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Georgi Kvirkaşvili də iştirak edir.

Bundan başqa, oktyabrın 31-də İlham Əliyev və Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI toplantısı keçiriləcək.

Toplantının nəticələrinə uyğun olaraq, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa dair sənədlərin imzalanması nəzərdə tutulub.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600