Redaktor Papanı təhqir etdi

media-hightechnic-468x90

81086“Charlie Hebdo”nun yayım redaktoru Gerard Biard Papanın fikirlərinə cavab verib.

Yenicag.az xəbər verir ki, Gerard Biard Papa Fransiskin “Anama söyəni bir yumruq gözləyər” sözlərinə cavabında Papanın sarsaqladığını söyləyib.

12 adamın ölümü ilə nəticələnən terror hücumu zamanı Londonda olan Biard təsadüf nəticəsində həyatda qalmışdı. Redaktor İtalyanın “La Repubblica” qəzetinə açıqlamalar verib.

Biard 23 ildir bu jurnalda çalışdığını və terror hücumundan sonra bütün işləri öz üzərinə götürdüyünü bildirib. 25 fevraldan etibarən fəaliyyətlərini davam etdirəcəklərini söyləyən redaktor sözlərini belə davam edib: “Bu zamana ehtiyacımız var idi. Hələ də bir yerimiz yoxdur. Hazırda “Liberation” qəzetinin binasındayıq. Özümüzə yeni bir yer axtarırıq. Amma təhlükəsizliyimizə zəmanət verilməlidir”.

Biard qeyd edib ki, bundan sonrakı nəşrlərində əvvəlki templə çalışacaqlar: “Biz dəyişmək istəmirik. Əgər belə olsa, o zaman bu terroristlərə haqq vermiş kimi olacağıq. Gülməyə və hər şeylə zarafat etməyə davam edəcəyik”.

(annpress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600