!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəfael Cəbrayılovla bağlı ŞOK İDDİA

!Reklam – Yazi

Hyqwo77Q6g87Parlament seçkilərinin günü yaxınlaşdıqca özünü “aydan arı, sudan duru” kimi təqdim edən namizədlərin ifşası da çoxalır. Belə namizədlərdən biri də 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd olan Rəfael Cəbrayılovdur. Onu da qeyd edək ki, bu şəxsin adı mediada ən müxtəlif qalmaqallarla hallanıb və cumhuriyyet.az olaraq bu faktlara yenidən nəzər salmağı vacib bildik.

Xatırladaq ki, R.Cəbrayılovun deputat mandatını rüşvətlə aldığı barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb. Hələ 2010-cu ildə mediada yayılan məlumatlarda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Həmin informasiyada R.Cəbrayılovun deputat seçilməsinə Oqtay Əsədovun etdiyi qeyd olunmuşdu.

Milli Məclis tarixində “həm pulundan, həm də sağlamlığından” oldu deyə biləcəyimiz şəxslərdən biri olan R.Cəbrayılovun yaxın çevrəsi deputatın həmin ərəfələrdə güclü stres keçirtdiyini deyirlər. R.Cəbrayılovun bir neçə dəfə məlum hadisələrdən sonra yaşadığı stresə görə müalicə olunduğu iddia olunur.

Belə ki, iş ortaqlarının kənara çəkilməsindən sonra çıxılmaz vəziyyətdə qalan R.Cəbrayılov üçün bu dəfə deputatlıq qalxanına daha çox ehtiyac yaranıb. Əks təqdirdə keçən seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyini irəli sürən R.Cəbrayılov seçilmək şansını daha da artırmaq üçün Binəqədidən 46 saylı Şirvan seçki dairəsinə hərtəkət istiqamətini dəyişməzdi. Seçicilərinə hər seçki ərəfəsində ənənəvi vədlər verən R.Cəbrayılov bu dəfə “yaraşıqlı” platformasında buraxdığı “quş”lar sayəsində reytinq cədvəlində xal itirib. Deputatlığa namizəd dərhal reytinqini süni şəkildə qaldırmaq üçün adamlarını səfərbər edib. Ona görə də namized.com saytında keçirilən sorğuda özünü qalib elan edib.

Mənbənin sözlərinə görə, Cəbrayılovun 46 saylı Şirvan seçki dairəsindən təzədən namizəd olması seçicilərin ürəyincə olmayıb. Şirvan seçiciləri onların taleyinə, problemlərinə laqeyd yanaşan, dərd-sərinə şərik çıxmayan, sosial məsələlərini dinləməyən, camaatla görüşməyən deputata mandat vermək istəmir. Qeyd edirlər ki, seçkidən seçkiyə seçiciləri yada salan R.Cəbrayılov nə parlamentdə Şirvanın problemlərini dilə gətirib, nə də verdiyi vədlərə əməl edib.

Üstəlik, bu dəfəki seçki platformasını də təkrar açıqlayıb. Hərçənd, köhnə vədlər və yerinə yetirilməyən məsələlər yenə də bu platformada yer alıb.

Bu azmış kimi, deputat savadsızlığını nümayiş etdirib. Demək olar ki, platformanın hər cümləsində səhvlər var. Millət vəkili olan bir siyasətçinin geniş həcmli olmayan yazıda ardıcıl səhvlər buraxması sadəcə, biabırçılıq adlana bilər. Seçkini başlı-başına buraxmış Rəfael Cəbrayılovun əhali ilə görüşləri də bərbad səviyyədədir. Belə ki, cumhuriyyet.az-a verilən məlumata görə, sözügedən şəxs əslən Şirvanlı olsa da, əhalinin heç də rəğbətini qazana bilməyib. Elə bu səbəbdəndir ki, deputat seçiciləri ilə görüşü inzibati qurumların imkanlarından yararlanmaqla təşkil edir. Bəzi iddialara görə isə Cəbrayılov bu zaman maddi imkanlarından da yararlanır.

Onun seçki kampaniyasındakı digər bir biabırçı cəhəti yazdığı platformasında qəribə iddialar irəli sürməsidir. Məsələn, həmin platformada yazılıb: “Sovet dövründə inşa edilmiş cox mərtəbəli yaşayış binalarının əsaslı təmir olunması da məqsədimdir”. Əvvəla bir deputatın vəzifəsi tikinti işləri ilə məşğul olmaq deyil. Həmçinin millət vəkili yol çəkmək, qaz xəttinin çəkilməsini təmin etmək və digər bu kimi işlərlər məşğul olan şəxs deyil. Bunlarla dövlət qurumları məşğul olmalıdır və onların bilavasitə vəzifələridir. Görünür, Rəfael Cəbrayılov həqiqətən də “prorab”lıqla deputatlığı səhv salıb. /Cumhuriyyet.az

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv