Regionlardakı miqrasiya PROBLEMİ: “Kəndli öz ərzağını rayondakı bazardan alırsa...” – VİDEO

media-hightechnic-468x90

“Kəndli, əgər öz ərzaq məhsulunu gedib rayon mərkəzindəki bazardan və marketdən alıb gətirirsə, o artıq kəndli deyil”.

Yenicag.az xəbər verir ki, bunu “İctimai Televiziya”nın efirində yayımlanan “Xəbərimiz Var” proqramında kənd həyatının yaxşılaşdırılması və insanların regionlara axınını təmin edəcək məsələlər barəsində çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

media-whatsapp-gorsel-2025-08-21-saat-15-32-45_a7102925

Deputat bildirib ki, şəhər həyatını başqa formada kəndə aparmaq lazımdır:

“Bu gün gənclərin təxminən 70%-i sahibkar olmaq, öz biznesini qurmaq istəyir. Biz isə həmin gənclərə imkanlar yaratmalıyıq. Hazırda gənclər təhsil almaq üçün rayon mərkəzlərinə və şəhərlərə üz tutur. Oradakı həyat tərzi ilə tanış olduqdan sonra isə onların yenidən kəndə qayıtması üçün böyük stimul olmalıdır”.

“Biz gənclərə elə imkanlar təqdim etməliyik ki, onlar kəndə qayıtmağı özlərinə borc bilsinlər. Xüsusilə gənc fermer layihələri mütləq həyata keçirilməlidir. Bu, təkcə Kənd Təsərrüfatı Nazirliyinin işi olmamalıdır. Digər dövlət qurumları da məsələdə maraqlı olmalıdırlar. Çünki gənc fermerlərin inkişafı üçün onlara verilən kreditlərin faiz dərəcələri sıfıra yaxın, bəzən isə tam faizsiz olmalıdır”, – deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Daha ətraflı süjetdə:

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa