Regionun ən böyük məscidinin açılış tarixi bəlli oldu

media-hightechnic-468x90

1417424358_37545_420x250Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində inşa edilən Cənubi Qafqazın ən böyük məscid kompleksində son tamamlanma işləri başa çatıb.

Məscidə gələn yollar da yenidən təmir olunub. Dini abidə-kompleksi açılış günü üçün tam hazır vəziyyətdədir.

Məscidin açılışı dekabrın 24-də keçiriləcək. Mərasimə prezident İlham Əliyev də qatılacaq. Ölkə başçısının gəlişi ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri həyata keçirilib.

Qeyd edək ki, məscid prezident İlham Əliyevin “Bakı şəhərində yeni məscid kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2012-ci il 18 avqust tarixli Sərəncamı ilə inşa olunur. Tikintisinə 2012-ci ildə başlanan məscid dörd hektar ərazini əhatə edir. Məscid kompleksi eyni vaxtda 2 mindən artıq insana xidmət edəcək. Layihədə ibadət evinin həyətində avtomobillər üçün dayanacaqlar da nəzərdə tutulub.

Məscidin 4 minarəsinin hər birinin hündürlüyü 72 metr, baş günbəzin hündürlüyü 55 metr, ikinci günbəzin hündürlüyü isə 35 metirdir. Məscidin fasadında və daxilində Şirvan memarlıq ənənələrinə uyğun olaraq oymalarla ayələr və surələr yazılacaq. Məscidə xüsusi gözəllik verəcək üç şərəfəli minarələrin içərisində xüsusi lift işləyəcək.

Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan salon isə 350 kvadratmetrdir.

Məscidin ətrafında olan zeytun ağaclarından ibarət bağın ərazisində müasir standartlara uyğun park salınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600