Rəis müavini işdən çıxarıldı
Bərdə rayon polis şöbəsinin rəis müavini Vahid Süleymanov Ramil Usubovun əmri ilə işdən çıxarılıb.
Yerli sakinlərin sözlərinə görə, rəis müavininin işdən çıxarılmasına səbəb vətəndaşların onunla bağlı nazirə şikayət etməsi olub.
Belə ki, Bərdədə vətəndaşları qəbul edərkən nazir Ramil Usubova sakinlər V. Süleymanovdan şikayətçi olduqlarını bildiriblər.