Reper hamilə arvadı ilə danışanda GÜLLƏLƏNDİ - FOTO

media-hightechnic-468x90

Amerikalı reper Half Ounce (əsl adı Lataurişa O’Brayen) gəzinti zamanı güllələnib.

Yenicag.az xəbər verir ki, faciə 32 yaşlı ifaçı dostu ilə küçədə olarkən və hamilə arvadı ilə telefonla danışarkən  baş verib. Naməlum kişi qara furqonlu maşınla onların yanına gələrək sənətçiyə 30-a qədər atəş açıb.

 

Telefonda silah səslərini eşidən həyat yoldaşı cinayət yerinə gəlib və həkimlər reperin başından aldığı yaradan öldüyünü bildiriblər. Məlumata görə, sənətçinin dördüncü övladına hamilə olan həyat yoldaşı onunla iki oğul və bir qız böyüdürdü.

Hücum edən şəxs qaçıb, polis hazırda onu axtarır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600