Rəqqasə Renkadan ETİRAF: “O qədər gözəl sevgiliyəm ki...”
“Mən o qədər gözəl sevgiliyəm ki…”
Yenicag.az xəbər verir ki, bu sözləri rəqqasə Renka (Rəna Ağamuradova) “Öz aramızda” verilişində deyib.
Sənətçi onu qınayanlara səslənib:
“Niyə bir qadının iki uşaqla ixtiyarı yoxdur sevilməyə, sevməyə, yaşamağa? Nə olsun ki, rəqqasəyəm? nə olsun ki, şou-biznesdəyəm? O qədər gözəl dostam, o qədər gözəl anayam, o qədər gözəl bacıyam, o qədər gözəl sevgiliyəm… Sadəcə mən özümü tərifləmirəm, qıraqdan özümü görürəm. Bir adamın dalınca danışmıram, zəng edib bəziləri kimi altdan-altdan torbalar tikmirəm. Mən sadəcə öz hisslərimlə yalansız yaşayıram. Sevirəmsə, deyirəm ki, sevirəm”.
Nehru