Rəsmi açıqlama: Qəza zamanı 3 nəfər ölüb, yaralıların vəziyyəti ağırdır

media-hightechnic-468x90

Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı yaralanan 5 nəfərin vəziyyəti ağırdır.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətnin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, qəza zamanı 3 nəfər dünyasını dəyişib: “Yaralanan 5 nəfər isə Klinik Tibbi mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri ağırdır”.

Qeyd edək ki, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. İlkin ehtimala görə, “Ford-Tranzit”in sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus dəmir maneəyə dəyib.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600