RƏSMİ: Alpaka ilə bağlı əyləncə mərkəzinin rəhbərinə məcburi göstəriş verildi

media-hightechnic-468x90

Alpakanın saxlanma şəraitinin yaxşılaşdırılması üçün məcburi göstəriş verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, “Zoobulvar” əyləncə mərkəzində alpakanın əlverişsiz şəraitdə saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən mərkəzə keçirilən baxış zamanı heyvanın saxlanma şəraitinin həqiqətən də əlverişli olmadığı məlum olub.

“Alpakanın saxlanma şəraitinin yaxşılaşdırılması və təbii biotopa uyğun saxlanılmasının təmin olunması üçün mərkəzin rəhbəri Fuad Əliyevə məcburi göstəriş verilib”.

V.Cavadov məsələnin Nazirliyin nəzarətində saxlanılacağını qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600