Rəsmi Berlin Trampı hədələdi

media-hightechnic-468x90

Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ Prezidenti Donald Trampı bu ölkə ilə əlaqələri kəsməklə hədələyib.

Yenicag.az xəbər verir ki, almaniyalı diplomatın bu reaksiyası ABŞ liderinin ukraynalı həmkarı Vladimir Zelenski və Ukrayna-Rusiya münaqişəsi ilə bağlı açıqlamaları fonunda gəlib.

“Biz amerikalılara təzyiqi artıracağıq ki, onlar Avropanın liberal demokratiyasını dəstəkləməyi dayandıracaqları təqdirdə itirəcəkləri çox şeyin olduğunu başa düşsünlər”, – diplomat bildirib.

Qeyd edək ki, bundan əvvəl Berbok Trampı Zelenskiyə hücumuna görə tənqid edərək, amerikalı siyasətçinin açıqlamalarının absurd olduğunu deyib.

O,Trampı yalnız “tvit” yazmaqda və real dünyanı görməyə çətinlik çəkməkdə ittiham edib./Apa/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600