Respublika GEM ölkədə qızılca ilə bağlı vəziyyəti açıqladı

media-hightechnic-468x90

Azərbaycanda son illər yoluxucu xəstəliklərin qarşısının alınması və onlara qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində epidemioloji sabitlik təmin edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, 2019-cu ilin iyul ayından indiyədək Azərbaycanda qızılcaya yoluxma halı qeydə alınmayıb.

“Hazırda Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da 11 yoluxucu xəstəliyə, o cümlədən qızılcaya bütün uşaqları əhatə edən planlı peyvəndləmə aparılır. Bundan əlavə, aprelin 24-dən aprelin 29-dək respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilib” – sorğuya cavabda qeyd edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05