Respublikadakı tibb müəssisələri

media-hightechnic-468x90

sehiyye MAIN 005-0022Hazırda respublika üzrə 600-dən çox özəl tibb müəssisəsi və kabineti fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır.

İl ərzində 88 qanunsuz tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar olunub, 75 halda cərimə tətbiq edilib, 5 halda lisenziyanın fəaliyyətinin dayandırılması və 4 halda lisenziyanın ləğv edilməsi kimi tədbirlər görülüb.

Bu barədə Səhiyyə Nazirliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclasında tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov məlumat verib.

Onun sözlərinə görə, il ərzində Səhiyyə Nazirliyinə daxil olmuş 19 mindən artıq müraciətə baxılıb. Bununla yanaşı, poçtla göndərilmiş 645 ərizə və müraciət, Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə daxil olmuş 528 məlumat araşdırılıb. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrini rəhbər tutaraq səhiyyə naziri tərəfindən bu il 12 regionda vətəndaşların qəbulu təşkil olunub. Qəbullar zamanı ümumilikdə 358 vətəndaşın müraciətinə baxılıb.

(hafta.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600