Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
Yenicag.az xəbər verir ki, Rəsul Çunayev rusiyalı Əbuyezid Mantsiqovu 4:3 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
Bununla da Azərbaycan millisi yunan-Roma güləşi üzrə iki medal (1 qızıl, 1 bürünc) qazanıb. Ümumi hesabda isə 5 medal (1 qızıl, 2 gümüş, 2 bürünc) var.