Roma papasından “selfie”
Katoliklərin ruhani lideri papa Frensisko müqəddəs həftənin başlanğıcı olan Palmiye bazarı ayininə qatılarkən onunla “selfie” (avtofoto) çəkdirmək istəyən gənclərin istəyinə qarşı çıxmayıb.
Xristian aləminin ən önəmli bayramlarından olan İsa peyğəmbərin çarmıxa cəkilməsi və ölümü, sonra dirilərək qeybə çəkilməsinin ildönümü kimi qeyd olunan bu bayram Vatikanın Əziz Petrus meydanında düzənlənib. Ayində 100 minə yaxın insan iştirak edib.
Ayinə qatılan gənclərin şəkil çəkdirmək istəyinə qarşılıq verən Papa onların yanına gedib və gənclərlə “selfie” çəkdirib(axar.az).