Romelu Lukaku Azərbaycana 4 qol vurdu, bu siyahıya düşdü

media-hightechnic-468x90

Belçika yığmasının hücumçusu Romelu Lukaku Avropa Avropa ölkələrinin milli komandaları arasında ən çox qol vuran futbolçular sırasına düşüb.

Yenicag.az xəbər verir ki, 30 yaşlı futbolçu buna Azərbaycanla Avro-2024-ün dünənki seçmə matçında (5:0) poker etməklə nail olub. Həmin oyunun birinci hissəsində rəqib qapısına 4 dəfə yol tapan forvard millidə vurduğu qolların sayını 83-ə çatdırıb. Bununla da o, Robert Levandovskini (81 qol) geridə qoyaraq 3-cü pilləyə yüksəlib.

Bu siyahıya 128 qolla Kriştiano Ronaldo (Portuqaliya) başçılıq edir. İkinci pillədə qərarlaşan Ferens Puşkaş (Macarıstan, İspaniya) çıxış etdiyi iki milli komandada üst-üstə 84 qol vurub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600