Ronaldinyo futbola qayıtdı

media-hightechnic-468x90

Braziliyalı məşhur keçmiş futbolçu Ronaldinyo futbola qayıdıb.

Yenicag.az xəbər verir ki, 42 yaşlı sabiq yarımmüdafiəçi Krallar Liqasında (Media liqası) mübarizə aparan “Porkinos”da oynayacaq. Bu buarədə sözügedən çempionatın Tvitter hesabında məlumat yayılıb.

Krallar Liqası “Barselona”nın sabiq futbolçusu Jerar Pike tərəfindən təşkil olunur. Bu yarışdakı oyunlar 40 dəqiqəlik müddətdə olur. Həmçinin çempionatdakı komandalarda şou-biznes ulduzları, məşhurlar iştirak edirlər.

Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə 37 yaşında rəsmi şəkildə karyerasını başa vurmuşdu.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa