Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo məhkəmə qarşısına çıxacaq.
Yenicag.az xəbər verir ki, o, vergidən yayınmaqda günahlandırılır.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məsələ burasındadır ki, bundan əvvəl İspaniya Dövlət Xəzinəsinə 18,8 milyon avro ödəməyə hazır olduğunu söyləyən 33 yaşlı futbolçu 2 illik şərti cəza qərarı ilə razılaşmışdı. Ancaq yerli Maliyyə Nazirliyi Ronaldonun yenidən qanunu poza biləcəyini iddia edərək, məhkəmədən onun 2 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.
Qeyd edək ki, Ronaldonun məhkəməsi yanvarın 22-də Madriddə baş tutacaq.
www.yenicag.az