“Rosneft”in yeni vitse-prezidenti təyin olundu

media-hightechnic-468x90

“Rosneft”in direktorlar şurası şirkətə yeni vitse-prezident təyin edib.

Yeniçağ.az Oilgas.az-a istinadən xəbər verir ki, Şura şirkətin təhlükəsizlik üzrə vitse-prezidenti Oleq Feoktistovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul edib. Qərar bu il aprelin 5-dən etibarən qüvvəyə minib.

Direktorlar Şurasının qərarına əsasən, “Rosneft” idarəedici heyətinə Yuri Kurilin təyin edilib. O, vitse-prezident postuna 3 il rəhbərlik edəcək.

Qeyd edək ki, bir müddət əvvəl “Rosneft”in rəhbəri İqor Seçin Feoktistovun şirkətdən gedişini təsdiqləyib. Seçin onun yenidən hərbi xidmətə qayıtdığını açıqlayıb.

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa