“Rossmann”dan TƏCİLİ ÇAĞIRIŞ: Xərçəng riski daşıyan məhsullar satışdan yığılır

media-hightechnic-468x90

Almaniyanın məşhur “Rossmann” şirkəti insan sağlamlığı üçün ciddi təhlükə yaradan küf toksini aşkarlandığı üçün satışda olan məşhur qida məhsullarını geri çağırmaq qərarına gəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, şirkətin müvafiq qurumları tərəfindən aparılan yoxlamalar zamanı “enerBIO Spelt Waffles Natural” məhsullarında icazə verilən həddən artıq yüksək miqdarda “okratoksin A” maddəsi aşkarlanıb.

Mütəxəssislərin fikrincə, orqanizmə mütəmadi daxil olan bu toksin ciddi səhiyyə problemlərinə yol aça bilir. Avropa Qida Təhlükəsizliyi Qurumunun (EFSA) açıqlamasına görə, sözügedən maddə DNT-yə zərər vuraraq, xüsusilə böyrək xərçəngi riskini ciddi şəkildə artırır.

Şirkət rəhbərliyi “EnerBiO” markalı “Tuzlu Karamelli” (Salted Caramel) mısır çubuqlarının satışdan dərhal yığıldığını elan edib. Geri çağırılan məhsulların son istifadə tarixləri aşağıdakı kimidir:

media-unlu-kozmetik-devinden-tuketicilere-acil-cagri-kanser-riski-tasiyan-urun-geri-cagrild-1792266_202605221135_20260522113515_2

  • 10.02.2027

  • 12.02.2027

  • 16.02.2027

  • 18.02.2027

“Rossmann” rəsmiləri bu tarixlərdə olan məhsulları istehlak etməməyi və onları dərhal məhv etməyi tövsiyə edib. Müştərilər sözügedən məhsulları aldıqları satış nöqtələrinə qaytararaq, ödədikləri məbləği geri ala bilərlər.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05