Dünyanın ən güclü və qaranlıq ailələrindən biri sayılan Rotşild və ən az onlar qədər dünya bankçılıq sisteminə nəzarət edən Qoldsmiz ailələri faciə yaşayıb.
Yenicag.az xəbər verir ki, iki ailənin ortaq nəvəsi İris Anabel Qoldsmiz avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Qəza nəticəsində ağır yaralanan qıza ilkin yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
İrisin atasının ikinci nigahından iki övladı daha olsa da, ailə sərvətinə əsas namizəd böyük övlad İris göstərilirdi. Ailənin 377 milyon dollar sərvəti olduğu bildirilir.
Avropanın ən köklü ailələrindən sayılan Rotşild və Qoldsmiz ailələri 18-ci əsrdən etibarən qitədəki önəmli ticarət şəhərlərində banklar və şirkətlər quraraq külli miqdarda sərvət əldə edib. İki ailə tarixən nigah diplomatiyası ilə sərvətini birləşdirməklə də məşhurdur.
www.yenicag.az