Rövnəq Abdullayev əmr imzaladı – FOTO

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Qeyd edək ki, Bəxtiyar Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra “Azərneftyağ” NEZ-də əmək fəaliyyətinə başlayıb, 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışıb. 2015-2016-cı illərdə Heydər Əliyev adına NEZ-də şöbə rəisinin müavini, 2016-2019-cu illərdə isə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini işləyib.

COP29