!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rövşən Rzayev Bakıda məskunlaşmış məcburi köçkünlərlə görüşdü

!Reklam – Yazi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 16-da Dövlət Komitəsinin sədr müavinləri ilə birgə Bakının Xəzər rayonunda bir neçə sanatoriya və qəzalı vəziyyətdə olan inzibati binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Dövlət Komitəsinin sədri məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub, sakinlərlə söhbət edib, qayğılarını dinləyib, suallarını cavablandırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladıqlarını vurğulayan Dövlət Komitəsinin sədri bildirib ki, dövlət bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşır.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən hazırda bir sıra layihələrin icra olunduğunu söyləyən Rövşən Rzayev qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin mənzil problemlərinin həlli istiqamətində addımlar atılacağını qeyd edib.

Daha ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli və sistemil şəkildə işlər həyata keçirildiyini bildirib.

O, digər rayon və şəhərlərdə də məcburi köçkünlərlə bu cür görüşlərin nəzərdə tutulduğunu vurğulayıb.

COP29

www.yenicag.az

1858
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv