Xalq artisti Röya Ayxan 2025-ci ildə ilk mahnısını təqdim edib.
Yenicag.az xəbər verir ki, müğənninin “Boş bəhanələr” adlanan yeni mahnısının sözləri və musiqisi Arif Nemətova və Əli Türkoğluya məxsusdur.
Qeyd olunur ki, klip İstanbulda, Türkiyənin ən məşhur rejissoru Halil Güzel tərəfindən ekranlaşdırılıb. Sevgi balladalarının ən gözəl ifaçılarından olan Röya Ayxan “Boş bəhanələr”i də məharətlə ifa edərək mahnıya öz möhürünü vurub. Belə ki, qəmli sevgi hekayəsi üzərində qurulan mahnının ekran işi sadə süjet xəttinə malikdir. Pop kraliça mahnının klip formasında ərsəyə gəlməsi üçün dörd obrazda kamera qarşısına keçib. Müğənninin mahnının motivinə uyğun canlandırdığı obrazlarda seçdiyi geyimlər klipə xüsusi ahəng qatıb. Mahnı bütün musiqi platformalarında, klip isə Xalq artistinin rəsmi “YouTube” hesabına yerləşdirilib.
Artıq müğənninin “YouTube” səhifəsində yerləşdirilən mahnısı çoxsaylı dinləyici rəğbəti qazanıb. Dinləyicilər müğənninin yeni mahnısını çox bəyəndiklərini, onu klassik musiqilərin mahir ifaçısı adlandırıblar. Mahnını ilin ilk hiti adlandıranlar da olub. Röya Ayxanın yeni təqdim etdiyi mahnısı qısa müddətdə “YouTube” platformasında çoxsaylı dinləyici auditoriyası qazanıb.
Cəvahir
www.yenicag.az