“Rublun düşməsi mənim gəlirlərimə zərər vurur”

media-hightechnic-468x90

7BZXPNZRusiyanın baş naziri Dmitri Medvedev Rusiya telekanallarına verdiyi müsahibəsi zamanı pullarını rublda yığdığını etiraf edib.

“Mən təbii olaraq pullarımı rubullarda yığıram və maaşımı da bütün Rusiya vətəndaşları kimi rublda alıram. Təbii ki, rublun düşməsi mənim gəlirlərimə də zərər vurur. Ona görə də bu məsələdə biz hamımız eyni qayıqdayıq”, – deyə Rusiyanın baş naziri qeyd edib.

Qeyd edək ki, dünyada benzinin qiymətinin ucuzlaşması və Qərb dövlətlərin Ukraynaya görə Rusiyaya tətbiq etdiyi sanksiyalar rublun kəskin şəkildə ucuzlaşmasına səbəb olub. Rusiyada rubl durmadan enmədədir.

(deyerler.org)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa