Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rus deputat Madonnanı riyakar qarı adlandırdı

img1720145Amerikalı müğənni Madonnanın LGBT-nin sıxışdırılmasını səbəb gətirərək Rusiyada konsert verməkdən imtina etməsi Sankt-Peterburqun qanunverici məclisinin deputatı Vitali Mironovu məyus edib. Report xəbər verir ki, bu barədə RSN nəşri yazıb. “Bu mənim üçün kədərlidir, çünki mən bilmirdim ki, Madonna bu qədər axmaqdır. Sadəcə axmaq… Öz hansısa ideoloji fikirlərinə o qədər həyasızcasına bağlanıb ki, ağına-bozuna baxmadan yalan danışmağa hazırdır. Bu vicdansız riyakarlar yalnız siyasi maraqlarına gəldikdə, danışırlar. Donbassdakı uşaqlara yazığı gəlmir. Amma haçan ki, “gey”ləri incidirlər, buna dözümü çatmır. Onun üçün “gey”lərin hüquqları, uşaqlarınkından daha əhəmiyyətlidir. Riyakar qarı”, – deyə Milonov qeyd edib. Madonna jurnalist Endi Koenə müsahibəsində bildirib ki, Moskva və Peterburqa bir daha getməyəcək. Çünki o, “gey” olmağın cinayətə bərabər tutulduğu yerlərdə çıxış etmək istəmir.

www.yenicag.az

57