Rus dilinin Ermənistanın rəsmi dili elan olunması təklif edilib

media-hightechnic-468x90

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan hakimiyyətinə respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib.

media-banner_tuq

Yenicag.az “Report”a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcək.
2017-ci il iyunun 1-dən Rusiyada xarici sürücülük vəsiqələri ilə sürücülərə ölkə ərazisində fəaliyyət göstərməyi qadağan edən qanun qüvvəyə minib.
“Yalnız onu deyə bilərəm ki, rus dilini rəsmi dil olaraq qanunvericilikdə təsbit edin, yalnız o zaman qanun norması Ermənistan respublikasını da əhatə edəcək”, – V.Volodin Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşdə bildirib.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05