Rusiya Müdafiə Nazirliyi “Velikiy Novqorod” və “Kolpino” sualtı hərbi gəmiləri ilə İŞİD-ə ağır zərbə endirib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Suriyada İŞİD-in nəzarəti altında olan koordinantları kalibr tipli raketlərlə vurub. Nazirlikdən verilən məlumata görə, zərbə nəticəsində silah-sursat bazası partladılıb.
Qeyd edək ki, sualtı gəmilər hədəfi 500-670 km. məsafədən vurmağa nail olub.