Rusiya “ASAN” xidmətdən danışır-Video

media-hightechnic-468x90

asan07.05.2015“Rusiya 24” kanalında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliynin fəaliyyəti işıqlandırlıb.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, kanalın Böyük Vətən müharibəsi ilə bağlı hazırlanan reportajında “ASAN” xidmətin əməkdaşları İkinci Dünya müharibəsi zamanı döyüşlərdə iştirak edən Mariya Rzayevaya öz evində ümumvətəndaşlıq vəsiqəsi almaq üçün yardım edirlər.

Vurğulanıb ki, “ASAN” xidmət mərkəzlərinə gəlmək məhdudiyyəti olan şəxslər xidmətə müraciət edərək “ASAN”-nın əməkdaşlarını yaşadıqları ünvana dəvət edə bilərlər.

Əlil insanların da xidmətlərdən rahat şəkildə istifadə edə bilməsi üçün işçilər səyyar maşınlarla köməyə ehtiyacı olan şəxslər üçün onların yaşadığı ünvana gedərək heç bir əlavə ödəniş olmadan xidmət göstərirlər.

Reportajda “Səyyar Xidmət”-in fəaliyyəti müsbət qiymətləndirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600