Rusiya böyük yay hücumuna HAZIRLAŞIR: “Putinə sadiq olduqlarını sübut etmək üçün...”
“Rus komandirlər Rusiya rəhbərliyinə, xüsusilə Rusiya prezidenti Vladimir Putinə sadiq olduqlarını sübut etmək üçün əraziləri qazanmağa çalışır”.
Yenicag.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleksi Hetman deyib.
O, Rusiyanın planlaşdırılan yay hücumu ilə bağlı fikirlərini səsləndirib.
Hərbi ekspert bildirib ki, Rusiyanın yay hücumu son böyük təkan ola bilər:
“Cəbhə xəttində vəziyyət kritikdir. Rusiya ordusu “insan dalğası” taktikası ilə təzyiqləri artırmağa çalışır. Rus komandirlər Rusiya rəhbərliyinə, xüsusilə Rusiya prezidenti Vladimir Putinə sadiq olduqlarını sübut etmək üçün əraziləri qazanmağa çalışır. Bu, onların komanda içində “yarışmasına” səbəb olur”.
Onun sözlərinə görə, ,yay hücumu kampaniyasında, əgər Rusiya uğur qazanmazsa, onların növbəti genişmiqyaslı əməliyyat aparmaq üçün nə canlı qüvvəsi, nə də maddi-texniki bazası qalacaq:
“Eyni zamanda, Rusiyanın ordusu nə şəxsi heyət, nə də texnika baxımından artmayıb. Şimali Koreya sayəsində müəyyən sursat üstünlüyü əldə edilsə də, bu, həlledici dəyişiklik yaratmır. Qısacası, Rusiyanın əhəmiyyətli irəliləyişlər əldə etməsi ehtimalı azdır. Hücumların nəticəsi yalnız Rusiyadan deyil, həm də Ukraynanın öz hazırlığından və Qərb tərəfdaşlarının silah-sursat dəstəyindən asılı olacaq. Yay kampaniyasında hava şəraitinin və ərazi xüsusiyyətlərinin hücum edən tərəfə müəyyən üstünlük verdiyi deyilir. Lakin Rusiya ordusu indiyədək gözlənilməz və güclü dönüş nöqtəsi yaratmayıb”.
Nəsimi Ələsgərli