!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya bu əraziləri ilhaq etsə, müharibə DAYANACAQ – “Vaşinqtonun razı olması sual altındadır”

!Reklam – Yazi

“Vaşinqtonun bu variantla razı olması sual altındadır”.

Bunu Yenicag.az-a açıqlamasında Ukraynanın sülh müqaviləsinə və NATO-ya üzvlüyünə hansı formada razılıq verəcəyi ilə bağlı fikirlərini səsləndirən politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, ərazilərin güzəştə gedilməsi ssenarisi əslində bir müddətdir gündəmdədir:

“Rusiya-Ukrayna müharibəsi kifayət qədər uzanır və yorucu hal almağa başlayıb. Xüsusilə Avropa İttifaqı daxilində müharibənin gələcəyinə dair ciddi fikir ayrılıqları var. Lakin populyar yanaşma Trampın müharibəni sonlandırması, ya da bu istiqamətdə nə isə etməsidir. Bununla belə, onun hələlik konkret nə edəcəyi bəlli deyil. ABŞ və Qərbin Rusiya ilə dialoqu kəsməsi yanlış qərar idi. Bu həm Rusiyanın əl-qolunu açdı, həm də daha da aqressiv etdi. Trampın bu yanlışı düzəldib dialoqa başlaması ümidi artıra bilər. İndi Rusiya-Ukrayna müharibəsinin həlli çox çətin münaqişə halına gəlib. Tərəfləri uzlaşdırmaq çətindir”.

“Rusiya faktiki olaraq Ukrayna torpaqlarının 20 faizindən çoxunu işğal edib. Bu ərazilərin bəzilərini qaytara bilər, lakin Krımın qaytarılması istisnadır. Bundan başqa Moskvanın başqa tələbləri də var. Donbas – Donetsk və Luqanska yüksək muxtariyyətin verilməsi, hətta ilhaqı da gündəmdədir. Yəni Kremlin tələbi ərazi güzəşti hesabına sülhdür. Ukrayna isə çətin ki, bunu qəbul etsin. Təbii ki, Vaşinqton Kiyevə dəstəyi kəsməklə hədələsə, bu, Ukraynanın fikrini müəyyən mənada dəyişə bilər. Lakin Vaşinqtonun bu variantla razı olması sual altındadır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv