“Rusiya bütün məsələləri Azərbaycanla həll edir”
“Bizdən təhlükəsizliklə bağlı paket aldıqdan sonra Rusiya bütün məsələləri Azərbaycanla həll etməyə başladı”.
Bu açıqlama ilə erməni politoloqu Stepan Qriqoryan çıxış edib. O, Ermənistanın bölgədə artıq faktor olmadığını bildirib:
“Ermənistan hazırda fakt qarşısında qalıb. Çünki 3 sentyabrda biz faktiki olaraq “ya, ya da” siyasətindən imtina etdik. Biz bütünlüklə Rusiyaya təslim olduq. Bizdən təhlükəsizliklə bağlı paket aldıqdan sonra Rusiya bütün məsələləri Azərbaycanla həll etməyə başladı. Artıq Ermənistan Qafqazda heç bir rol oynamır. Rusiya bizsiz Qarabağı Azərbaycanla müzakirə edir. Görünür, Rusiya Azərbaycan neft və qazını öz ərazilərindən keçirməyə cəhd edir. Moskva Bakının Avrasiya İttifaqına inteqrasiyası proseslərində iştirakını istəyir və bunun qarşılığında Qarabağ məsələsində güzəştə getməyə hazırdır”.