Rusiya Ermənistandan bunu tələb etdi

media-hightechnic-468x90

Rəsmi Moskva İrəvandan Ermənistanın NATO təlimlərində iştirakı ilə bağlı aydınlaşdırma tələb edib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, Rusiya Ermənistandan cavab aldıqdan sonra məsələ ilə bağlı reaksiyasına qərar verəcək.

“Sözsüz ki, Ermənistanın öz ərazisində KTMT təlimlərinin keçirilməsindən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin artırılmasına töhfə vermir”, – deyə Zaxarova əlavə edib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi ötən həftə erməni hərbçilərin ABŞ-nin iki hərbi təlimində iştirak etməyi planlaşdırdığını açıqlayıb. Sözügedən təlimlər 2023-cü ildə Avropa ölkələrinin ərazisində təşkil ediləcək. Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin birinci müavini Aleksey Çepa məsələyə münasibət bildirərkən İrəvanın ciddi səhvə yol verdiyini deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600